ABŞ-nin Hyuston şəhərində iranlıların iştirakı ilə etiraz və anım xarakterli aksiya keçirilib.
Redaktor.az xəbər verir ki, yayılan videolarda bir qrup iranlının bazar günü Hyustonda toplaşdığı görünür.
Bildirilib ki, iştirakçılar Rza Şah Pəhləvinin hakimiyyətinin 100 illiyi ilə bağlı toplantı keçirib və İran xalqının səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıblar.
Məlumata görə, aksiya zamanı İslam Respublikasına qarşı şüarlar səsləndirilib və etirazlar ifadə olunub.
Qeyd edilib ki, nümayiş iştirakçıları həmçinin İranda ölüm hökmlərinin dayandırılmasını tələb ediblər.
Aminə ŞAHSUVARQIZI
A group of Iranians gathered in Houston on Sunday to mark the centenary of Reza Shah Pahlavi’s reign and to amplify the voice of the Iranian people, videos sent to Iran International show. Participants protested against the Islamic Republic and called for halt to death sentences. pic.twitter.com/N5buEPq5Kg
— Iran International English (@IranIntl_En) April 27, 2026