AZ

AÇ: Sərbəst güləşçimiz 1/4 finalda - YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

65 kq çəki dərəcəsində döşək üzərinə çıxan Rəşid Babazadə 1/8 finalda Almaniya təmsilçisi Niko Megerleyə 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, idmançımız 1/4 final mərhələsinə yüksəlib.

Azərbaycanın beş idmançısı - İslam Bazarqanov (57 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxaraq qüvvələrini sınayacaqlar.

Eyni zamanda, gün ərzində Azərbaycanın daha üç qadın güləşçisi də bürünc medal uğrunda qarşılaşmalara çıxacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova Avropa çempionatında üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Günay Qurbanova üçün bürünc şansı - YENİLƏNİR

Rəşad Məmmədov: “Biz onunla yenidən qarşılaşacağıq”

İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”

Türkiyəli güləşçidən rekord - 13-cü dəfə Avropa çempionu

AÇ: Həsrət Cəfərov və Qurban Qurbanov finalda – YENİLƏNİB

Seçilən
49
10
apasport.az

10Mənbələr