AZ

İslam Bazarqanov Avropa çempionatının finalına yüksəlib

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Aznews.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.

İslam Bazarqanov (57 kq) Aryan Tiutrinə (UWW) 9:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz gürcüstanlı Roberti Dinqaşviliyə tam üstünlüklə (11:1) məğlub edib və Avropa çempionatının finalına yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən Rəşid Babazadə 1/8 finalda Almaniya təmsilçisi Niko Megerleyi 3:1 hesabı ilə məğlub edib. Bununla da idmançımız 1/4 final mərhələsinə yüksəlib. O, burada Bəşir Maqomedova 2:7 hesabı ilə məğlub olub.

97 kq çəki dərəcəsində yarışan Osman Nurmaqomedov isə təsnifat mərhələsində Gürcüstanın olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Givi Matçaraşviliyə 2:3 hesabı ilə uduzub.

Cəbrayıl Hacıyev (79 kq) Axsarbek Qulayevə 7:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.

Seçilən
15
7
aznews.az

10Mənbələr