Bakı.Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 24 aprel2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən Dost MərkəzindəKəlbəcər rayonunun sakinlərini qəbul edib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulu zamanı nəqliyyat,telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçtxidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun vəoperativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyətiqurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismidərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinəaid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb vəmüvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digəridarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda aprel ayıüzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.