AZ

Nazir Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 24-də Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində Kəlbəcər rayonunun sakinləri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlarla görüş zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Seçilən
19
7
azerbaijan-news.az

9Mənbələr