AZ

Canluka Prestianni 6 oyunluq cəzalandırıldı – ARENA.AZ

Argentina millisinin və Portuqaliyanın “Benfika” klubunun sağ vingeri Canluka Prestianni UEFA tərəfindən 6 oyunluq cəzalandırılıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”ın (İspaniya) hücumçusu Vinisius Juniora qarşı homofob xarakterli təhqirə yol verdiyi üçün cəzalandırılıb. UEFA-nın Etika və İntizam Müfəttişinin araşdırmasından sonra oyunçuya qarşı intizam işi açılıb.

Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı Prestianniyə klub və ya milli komanda səviyyəsində keçirilən 6 rəsmi matçda iştirak qadağası qoyub. Cəzanın 3 oyunu qərar qəbul edildiyi tarixdən etibarən iki il müddətinə sınaq müddəti kimi müəyyənləşdirilib. Diskvalifikasiya müddətinə fevralın 25-də keçirilmiş cavab qarşılaşmasında çəkilən bir oyunluq cəza da daxil edilib.

Bundan əlavə, UEFA qeyd olunmuş cəzanın dünya miqyasında tətbiq edilməsi üçün FIFA-ya müraciət edib.

Argentinanın “Veles Sarsfild” klubunun yetirməsi olan Canluka Prestianni 2024-cü ildən “Benfika”da çıxış edir. O, Argentina millisinin heyətində də 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
4
arena.az

10Mənbələr