AZ

İran: ABŞ-nin "Tuska" gəmisini ələ keçirməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

BAKI, 24 aprel. TELEQRAF

ABŞ-nin dializ ləvazimatları daşıyan İran ticarət gəmisi olan "Tuska"nı qanunsuz ələ keçirməsi, eləcə də heyətini Oman körfəzində girov götürməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatında qeyd olunub.

Bəyanatda deyilir: "ABŞ-nin 19 apreldə Oman körfəzində İrana məxsus "Tuska" ticarət gəmisinə hücumu beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Bu cür qanunsuz hərəkətlər insanların həyatını təhlükəyə atır, naviqasiya azadlığını sarsıdır və həssas xəstələr üçün ciddi risk yaradır. Məsul şəxslər məsuliyyətə cəlb olunmalıdırlar".

Qeyd edək ki, 20 apreldə ABŞ Prezidenti Donald Tramp Oman körfəzində İrana məxsus "Tuska" yük gəmisini ABŞ dəniz blokadasını pozmağa cəhd etdiyinə görə saxlanıldığını açıqlayıb. Vaşinqtonun baş qərargah rəisi daha sonra ABŞ tərəfindən Çindən yola düşərkən saxlanılan İran gəmisinin məxfi yük daşıdığını bildirib.

Seçilən
44
18
teleqraf.com

10Mənbələr