ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın Toska adlı gəmisini saxlaması ətrafında yeni detallar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyinin yaydığı açıqlamaya görə, gəmi Oman dənizində saxlanılarkən dializ xəstələri üçün nəzərdə tutulan həyati əhəmiyyətli tibbi avadanlıqlar daşıyıb.
Açıqlamada qeyd olunur ki, sözügedən addım beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir. İran tərəfi bildirir ki, gəminin saxlanılması və ekipajın götürülməsi həm insan hüquqlarına, həm də həyat hüququna ziddir.
Eyni zamanda vurğulanır ki, ABŞ daha əvvəl blokada çərçivəsində ərzaq və tibbi yüklər daşıyan gəmilərə müdaxilə etməyəcəyini bəyan etmişdi. Lakin bu hadisə həmin vədlərin yerinə yetirilmədiyi ilə bağlı ciddi suallar yaradır.
Musavat.com