AZ

Atəş açan şəxs Tramp administrasiyasının məmurlarını hədəf aldığını etiraf edib

Mənbələrin məlumatına görə, Koull Allen həbsindən sonra hüquq-mühafizə orqanlarına administrasiya məmurlarını öldürmək istədiyini bildirib...

Poliqon xəbər verir ki, CBS News telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, atışmada şübhəli bilinən Koull Allen həbsindən sonra hüquq-mühafizə orqanlarına Tramp administrasiyasının məmurlarını vurmaq istədiyini etiraf edib. Hakimiyyət orqanları hələ ki, şübhəliniin mümkün motivləri barədə məlumat açıqlamayıb. Hüquq-mühafizə orqanlarındakı iki mənbə hadisə zamanı ümumilikdə ən azı beş-səkkiz atəş açıldığını bildirib.

Prezident Tramp sosial şəbəkədə şübhəlinin saxlanıldıqdan sonra otelin döşəməsində köynəksiz, əlləri arxadan bağlı şəkildə uzandığı fotosunu yayımlayıb. Kolumbiya dairəsinin polis rəisi şübhəlinin otelin qonağı olduğunu, lakin onun nə vaxt yerləşdiyini və otağında axtarış zamanı nə aşkar edildiyini açıqlamayıb. Polis rəisi deyib: “Hal-hazırda, görünür, o, tək hərəkət edib, tənha atıcı kimi”.

Hüquq-mühafizə orqanlarındakı iki mənbənin CBS News-a təsdiq etdiyinə görə, Allen Kaliforniyanın Torrans adlı kiçik şəhərindəki C2 Education repetitorluq firmasında işləyib. 2024-cü ilin dekabrında o, “Ayın müəllimi” mükafatını alıb. Federal və yerli hakimiyyət orqanlarının Torransda ehtimal ki, Allena məxsus olan evdə də aşkar edildiyi bildirilir. Hadisə ilə bağlı istintaq davam edir. Allenin Tramp administrasiyasının məmurlarını hədəf aldığını etiraf etməsi ona qarşı irəli sürüləcək ittihamların çərçivəsini daha da genişləndirə bilər.

Poliqon.info

Seçilən
19
21
poliqon.info

10Mənbələr