AZ

İran–ABŞ görüşləri: müharibə bitdiyi üçün deyil, onu idarə etmək üçün danışırlar -TƏHLİL

Musavat.com tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağarın İran–ABŞ təmasları ilə bağlı son təhlilini təqdim edir. Müəllif davam edən müharibə fonunda tərəflərin eyni masa arxasına keçməsini sadəcə diplomatik hadisə kimi deyil, sistemin tam dağılmasının qarşısını alan kritik mexanizm kimi dəyərləndirir.

İran–ABŞ görüşlərinin ən kritik nəticəsi: tərəflərin eyni masa arxasına oturmasıdır.

1979 İran İnqilabından bu yana ən yüksək səviyyəli birbaşa təmaslardan biri baş verdi.

Və bu o deməkdir:

Müharibə davam etdiyi halda belə, kommunikasiya kanalı açıq saxlanıldı.

Bu, sistemin tam qopmadığının göstəricisidir.

///

ABŞ

Bu, bir sülh deyil, amma görüşlərin məqsədi də onsuz da müharibəni bitirmək deyildi.
Amma ortaya çıxan kritik məqam budur:

“İdarə olunan əyləc”

Yəni:

• Müharibə dayanmadı.
• Amma nəzarətdən çıxması da hələlik əngəlləndi.

Bu, bir sülh deyil, “nəzarətsiz xaosu” məhdudlaşdıran mexanizmdir.

///

Diplomatiya ədəbiyyatındakı iki mühüm anlayış:
Breakthrough və Breakdown.
Heç biri baş vermədi. Bu isə önəmlidir.

Breakthrough: Tıxanmış prosesdə sıçrayış / fövqəladə həll.
Breakdown: Prosesin çökməsi.

Yəni bu görüşlərdə nə fövqəladə həll var, nə də çökmə…

Deməli, sistem işləyir, amma axsaya-axsaya.

İronik dillə desək: “Fələstin asqısında”.

Çünki Qəzza basqını bu müharibənin qaynaq kodudur.

///

photo_2026-04-11_15-30-31.jpg

Bəs əsas qarşıdurma haradadır? Sistem kodunda!

Pakistanda tərəflər sadəcə bazarlıq etmədilər.
Bəlkə də diqqət yetirmədiniz: onlar bir-birinin davranışlarını yox, varoluş alqoritmlərini dəyişmək istədilər.

Bu səbəbdən:
Nüvə proqramı: sadəcə texniki məsələ deyil.
Milis şəbəkələri: sadəcə təhlükəsizlik deyil, sistemin uzantısıdır.
Sanksiyalar: sadəcə iqtisadi alət deyil, nəzarət mexanizmidir.

Qısaca desək:

Bu görüşdən çıxan nəticə:
Sülh yoxdur!
Həll yoxdur!
Razılaşma yoxdur!

Amma:
Müharibənin nəzarətdə saxlanılması var.
Kommunikasiya xəttinin qorunması var.
Yeni danışıqlar zəmini var.
Pakistanla bağlı xüsusi hesab var.

///

“Bu, atəşkəs deyil” dedik.

Bəs nədir?

Bu, bir “sistem reseti” cəhdidir.

Tərəflər:
Dağıdıcı həddi gördü, amma geri addım da atmadı.

Bu səbəbdən:

Müharibə bitdiyi üçün danışmırlar.
Danışaraq müharibəni idarə edirlər.

Abdullah

Abdullah Ağar
11 aprel 2026

Musavat.com

Seçilən
34
50
musavat.com

10Mənbələr