İslamabadda keçirilən ABŞ-İran danışıqları maraqlı və simvolik bir karikatura ilə yenidən diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, “The Times” qəzetində dərc olunan bu karikatura tərəflərin danışıqlardakı davranışlarını fərqli oyunlarla təsvir edir.
Karikaturada İran tərəfi prosesi şahmat kimi görən və strateji üstünlük əldə edən oyunçu kimi təqdim olunur. ABŞ isə kart oyunu oynayan, lakin ehtiyatsızlıq edərək öz planlarını açan tərəf kimi göstərilir.
Ən diqqət çəkən məqam isə İsrailin baş naziri Benyamin Netanyahu obrazıdır. O, səhnə arxasında təsvir olunaraq danışıqları pozmaq üçün masa istiqamətinə kartlar atır. Bu detal İsrail faktorunun prosesə təsir cəhdlərinə işarə kimi qiymətləndirilir.
Musavat.com