AZ

Afrikada Rusiya hərbi helikopteri vuruldu

Malinin Qao şəhəri yaxınlığında Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu"na məxsus hərbi helikopter vurulub. Hadisə nəticəsində göyərtədə olanların hamısı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Fighterbomber" teleqram kanalının rəhbəri İlya Tumanov məlumat yayıb.

"Afrikada helikopterimiz vurulub. Göyərtədəki heyət və mobil atəş qrupu həlak olub", - deyə o bildirib.

Məlumatda helikopterin "xarici atəş təsiri", yəni zenit-raket kompleksi vasitəsilə vurulduğu ehtimal edilir.

Seçilən
55
31
publika.az

10Mənbələr