Fars körfəzində 87 ölkəyə məxsus yük gəmisi Hörmüz boğazından keçmək üçün gözləyir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bəyanat yayıb.
Admiralın bəyanatında qeyd olunur ki, hazırda Fars körfəzində olan gəmilər dünyanın 87 fərqli ölkəsinin maraqlarını təmsil edir.
Onun sözlərinə görə, son 24 saat ərzində CENTCOM onlarla gəmi sahibi və gəmiçilik şirkəti ilə əlaqə saxlayaraq, onlara bu dəniz yolu vasitəsilə təhlükəsiz keçidə zəmanət verib.
Komandanlıq rəsmisi beynəlxalq ticarətin axınını təmin etmək üçün bölgədəki təhlükəsizlik tədbirlərinin diqqətdə saxlanıldığını vurğulayıb.
Musavat.com