ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
"Axios" xəbər agentliyi üç ABŞ rəsmisinə istinadən bildirib ki, bu gün ABŞ prezidenti Donald Tramp Ağ Evin Vəziyyət Otağında İranla bağlı yüksək səviyyəli milli təhlükəsizlik və xarici siyasət qrupu ilə görüş keçirməyi planlaşdırır.
Mənbələrin sözlərinə görə, görüşdə ABŞ ilə İran arasında aparılan danışıqlarda yaranmış çıxılmaz vəziyyət, habelə, müharibənin gedişində Vaşinqtonun atacağı növbəti addımlar üçün mümkün variantlar müzakirə olunacaq.
Rəsmilərdən biri qeyd edib ki, Ağ Ev hazırda həm diplomatik, həm də hərbi istiqamətdə bir neçə ssenarini nəzərdən keçirir.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.