ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
Goranboyda 34 yaşlı kişi bıçaqlanıb.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.Gəncədə yerləşən xəstəxanalardan birinə Goranboy rayon sakini, 1992-ci il təvəllüdlü Pərvin Əsgərov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.Məlumata görə, o, mübahisə zəminində bıçaq xəsarəti alıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Muraz Nəcəfov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.