ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qusar rayonunun Zindanmuruq kəndinin 95 yaşlı sakini Əziz Kurumov yaşadığı evə təbii qaz xəttinin çəkilməməsindən şikayətçidir. Onun sözlərinə görə, kəndə mavi yanacaq verilsə də, evinin cəmi 100 metrliyində yerləşən evlər qazla təmin olunsa da, onun mənzili bu imkandan kənarda qalıb. Yaşlı sakin deyir ki, qış aylarında yanacaq problemi onların gündəlik həyatını xeyli çətinləşdirir.Ətraflı Bizim.Media-nın videosüjetində: Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.