AZ

Spiker Prezidenti təbrik ETDİ

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görülüb. Və cənab Prezident aprelin 26-da mükafatın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb və bu mötəbər mükafata layiq görülməyinə görə öz minnətdarlığını bildirib".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görülməsi barədə parlamentin 27 aprel 2026-cı il tarixli plenar iclasında çıxışı zamanı deyib.

Spikerin sözlərinə görə, bu mükafat bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olunması naminə möhtərəm cənab Prezidentin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir:

"Və 30 il ərzində torpaqlarının işğalı ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz möhtərəm cənab Prezidenti bu mötəbər mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, cənab Prezidentə sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayırıq".

NURİYYƏ

 

Seçilən
0
4
redaktor.az

8Mənbələr