“Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmüşdür. Cənab Prezident aprelin 26-da mükafatın təqdim olunma mərasiminin iştirakçıları ilə görüş keçirmiş və bu möhtəşəm mükafata layiq görülməyinə görə öz minnətdarlığını bildirib”.
Spiker qeyd edib ki, bu mükafat, bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün və sabitliyin olmaması naminə Prezidentin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir.
“30 il ərzində torpaqlarını işğal ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz möhtərəm cənab Prezidentin bu möhtəşəm mükafatı layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, cənab Prezidentə sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayıram” – deyə o qeyd edib.
Sonda deputatlar bu çıxışı alqışla qarşılayaraq təbrikə qoşulublar.