AZ

"Arsenal"ın idman direktoru İstanbul derbisinə kim üçün gəldi?

style='margin-bottom:10px;'>

"Arsenal"ın idman direktoru Viktor Andrea Berta "Qalatasaray" - "Fənərbaxça" derbisini stadiondan izləyib.

QOL.az xəbər verir ki, "Caughtoffside" nəşrinin yaydığı məlumata görə, London təmsilçisi yay transfer pəncərəsində nigeriyalı hücumçunu heyətinə qatmağı ciddi şəkildə nəzərdən keçirir. Bertanın Türkiyəyə şəxsən səfər etməkdə əsas məqsədi "Qalatasaray" rəhbərliyi ilə mümkün transferlə bağlı ilkin danışıqlar aparmaq olub.

Osimhen isə öz növbəsində "Arsenal" rəsmisinin gözü önündə inamlı çıxışla yadda qalıb. O, "Qalatasaray"ın 3:0 hesablı darmadağınla qələbə qazandığı matçda adını tabloya yazdırmağı bacarıb.

Qeyd edək ki, V.Osimhen bu mövsüm "sarı-qırmızılar"ın heyətində 31 matçda meydana çıxaraq 20 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Onun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Seçilən
59
38
teleqraf.com

10Mənbələr