AZ

Keyfiyyətimizdən çox aşağı çıxış etdik Valdas Dambrauskas

ain.az bildirir, Fanat portalına istinadən.

“Sabah” Misli Premyer Liqasının 29-cu turunda bu gün “Karvan-Yevlax”ı qəbul edib.

Fanat.Az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis çox çətin oyun olduğunu bildirib:

“Çətin və ağır bir oyun oldu. Bunu gözləyirdik. Çünki “Qarabağ”la keçirdiyimiz oyunlarda çox enerji sərf etdik. Deyərdim ki, keyfiyyətimizdən çox aşağı çıxış etdik. İkinci hissədə daha enerjili, istəkli idik. Gözləyirdim ki, rəqib sxemdə dəyişiklik edəcək, amma etmədilər. Ola bilər ki, azarkeşlər üçün maraqlı oyun olmadı. Əlbəttə, biz hər oyunu baxımlı edə bilmərik. Çox vacib üç xal qazandıq. Bərpa prosesini keçib, qarşıdan gələn “Şamaxı” oyununa hazırlaşacağıq.

Həqiqətən, çox yaxşı komandayıq. Xüsusilə də, hücumda çox güclüyük. Xəyal Əliyev, Coy-Lens Mikels, Patrik Mbinanı qeyd edərdim. Amma Xəyal bu mövsüm Mikelsin yoxluğunda çox yaxşı çıxış etdi. Onun məşqlərdə döyüşkənliyi, əzmkarlığı mənim çox xoşuma gəlir. Bəzən bizə hücumda hündürboy oyunçu lazım olur. Ona görə də, belə qərar verirəm. Bu, mənim qərarımdır və arxasında da dayanıram. İnanıram ki, Xəyal belə davam etsə, daha çox şans qazanacaq”.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
fanat.az

10Mənbələr