AZ

Avropa çempionu: Azərbaycana daha çox medallar qazandırmaq istəyirəm

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 aprel, AZƏRTAC

Çempionatda ən yaxşı komandaya sahib idik. Komanda yoldaşlarıma və məşqçilərə də ayrıca təşəkkür edirəm, onların dəstəyi həqiqətən böyük rol oynadı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Giorgi Meşvildişvili (125 kiloqram) deyib.

İdmançı çempionluğun onun üçün böyük qürur mənbəyi olduğunu bildirib: “Çempion olmaq böyük xoşbəxtlikdir, amma daha böyük sevinc odur ki, ölkəm səni dəyərləndirir, sənə azarkeşlik edir və sənin uğuruna görə bu qədər insan sevinir. Azərbaycana xüsusi olaraq böyük təşəkkürümü bildirmək istəyirəm ki, mənə şans verdi və mən Olimpiadada, eləcə də Avropa və dünya çempionatlarında iştirak etdim. Avropa çempionu oldum və bu, mənim üçün çox böyük motivasiyadır”.

O, gələcək planlarından da danışıb: “Hələ karyeramı bitirmək fikrində deyiləm. Düşünürəm ki, qarşıda hələ çox döyüşlərim var və maksimum gücümlə çalışaraq Azərbaycana daha çox medallar qazandırmaq istəyirəm”.

Qeyd edək ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
31
azertag.az

10Mənbələr