Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 27 aprel, AZƏRTAC
Finalda rəqibimdən revanş ala bildiyimə görə sevinirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü İslam Bazarqanov (57 kiloqram) deyib.
İdmançı qazandığı uğurun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Hələ də inanmaq çətindir. Avropa çempionu olduğum üçün çox xoşbəxtəm. İki dəfə üçüncü yer tutmuşdum, bürünc medal qazanmışdım. Bu dəfə çempion olmağıma görə çox şadam”.
İ.Bazarqanov final görüşünün çətin keçdiyini vurğulayıb: “Rəqib də çox çətin idi. Ona qarşı revanş ala bildiyim üçün sevinirəm. Dünya çempionatında ona məğlub olmuşdum. Görüş çox gərgin keçdi və qalib gələ bildiyim üçün çox sevincliyəm. Ən çətin görüş məhz finalda oldu. Mən səkkiz xal qazandım, sonra bir qədər tempi aşağı saldım, dayandım. Amma bu rəqib də temp saxlayan, sona qədər mübarizə aparan idmançıdır, ona görə də arxayınlaşmaq olmazdı”.
Qeyd edək ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.