AZ

Nəticələr aylarla gecikəcək DİM in qərarı etirazlara səbəb OLDU

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Dövlət İmtahan Mərkəzi tərəfindən bildirilib ki, gələn ildən etibarən 11 illik buraxılış imtahanlarında xarici dildə esse tələbi qoyulacaq. Ancaq ciddi yenilik etmədən belə əlavələrə nə ehtiyac var? Bilirik ki, DİM Azərbaycan dilindən açıq tipli sualları geniş salmaqla əlavə vaxt itkisinə səbəb olur və nəticədə də uşaqlar yüksək nəticə göstərə bilmirlər".

Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi.

"DİM-in funksiyası o demək deyil ki, ancaq uşaqları hər hansı bir şəkildə az bal toplamağa məcbur etsin. Olar ki, mətnlər bir az qısa olsun. Mən demirəm ki, buraxılış imtahanları o səviyyədə olsun ki, hamı maksimum nəticə göstərsin. DİM-in qəbul etdiyi qayda var: asan, orta və ağır dərəcəli suallar. Amma daha bunların hamısını ağırlaşdırmaq, repetitorların dili ilə desək, “tələ” suallar salmaq düzgün deyil. Həyata yenicə başlamaq istəyən gəncləri biz niyə bu qədər sıxışdıraq ki? DİM özünün maddi-texniki bazasını gücləndirməlidir. DİM əlavələrlə, yeni qaydalar tətbiq etməklə öz işini çətinləşdirir, çünki heç Azərbaycan dilində marker müəllimlər tapılmır. İngilis dilində esseni yoxlayıb ortaya çıxartmaq üçün yəqin ki, bir 2-3 ay da vaxt lazım olacaq. Azərbaycan dilində açıq tipli sualları onsuz da vaxtında həll edib ortaya çıxara bilmirlər, bir ay yarım sonra imtahan nəticələri elan olunur. Bu ingilis dilində esseləri kim oxuyub, kim yazacaq, nəticələr haçan elan olunacaq? Mən düşünürəm ki, tələsik addımdır, bir az düşünməlidirlər",  - deyə ekspert yekunlaşdırdı. 

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
16
redaktor.az

10Mənbələr