AZ

SON DƏQİQƏ: Tramp Xameneinin təklifinə elə cavab verdi ki…

ABŞ və İsrailin hərbi əməliyyatları başlayandan bəri İran raket potensialının təxminən yarısını istifadə edib.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Fox News-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, İranın ali dini lideri Müctəba Xamenei səhhəti ilə bağlı yayılan xəbərlərə baxmayaraq sağdır və ölkə idarəçiliyində iştirakını davam etdirir.

Bu arada Donald Tramp administrasiyası Tehranın danışıqlar təklifinə skeptik yanaşır və yaxın günlərdə əks təkliflə çıxış etməyi planlaşdırır. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda Pentaqon ABŞ-ın yeni silah növləri qarşısında həssas olduğunu etiraf edib. Qurumun kosmik siyasət üzrə köməkçisi Mark Berkovits bildirib ki, ölkənin hipersəs silahları və müasir qanadlı raketlərə qarşı etibarlı müdafiə sistemi yoxdur.

ABŞ daxilində ictimai narazılıq da artır. ABC News tərəfindən keçirilən sorğuya görə, amerikalıların 63%-i İrana qarşı müharibənin yetərincə əsaslandırılmadığını düşünür, cəmi 26%-i isə hərbi əməliyyatları dəstəkləyir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
22
50
konkret.az

10Mənbələr