AZ

Tramp etiraf etdi: “Anam Çarlza vurulmuşdu”

ABŞ Prezidenti Donald Tramp Britaniya Kralı Çarlz və Kraliça Kamillanın səfəri zamanı etdiyi çıxışla gündəm olub. Tramp anasının ona aşiq olduğunu bildirib.

"Bu gün biz əsrlər boyu davam edən əlaqənin canlı simvolunu solda bir neçə on iki fut aralıda görürük", - deyə o, mərhum Kraliçanın 1991-ci ildə Ağ Evin ərazisində əkdiyi ağacı göstərərk bildirib.

"Kraliça II Elizabet - bu qüdrətli çox- çox xüsusi bir qadın - burada gözəl bir fidan əkib və ona baxın", - deyə ABŞ Prezidenti qeyd edib.

Tramp, həmçinin Şotlandiya əsilli anasının Britaniya kral ailəsini və Kraliça II Yelizavetanı çox sevdiyini xatırlayıb.

"Kraliça hər hansı bir mərasimdə və ya başqa bir şeydə iştirak edəndə anam televizora baxıb deyirdi: "Bax, Donald. Bax, bu, necə də gözəldir", - deyə o bildirib.

O,əlavə edib ki, anasının "Gənc Çarlz çox şirindir" dediyini xatırlayır.

"Anam Çarlza aşiq idi, inana bilərsinizmi? Görəsən, indi nə düşünür?",- Tramp deyə əlavə edib.

Seçilən
66
18
cebheinfo.az

10Mənbələr