AZ

Tramp protokola zidd olaraq kral III Çarlzla zarafatlar edib

ABŞ prezidenti Britaniya monarxın aksentinə eyham vurub və Böyük Britaniyanı “kiçik” krallıq adlandırıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Britaniya kral cütlüyünün rəsmi qarşılanma mərasimində çıxışı zamanı Kral III Çarlzla bağlı bir neçə zarafat edib.

Tramp çıxışının əvvəlində Britaniya monarxunun aksentinə ironik şəkildə toxunub. O, III Çarlzın Konqresdə çıxış edəcəyini bildirərək, bu nitqin “hamını onun gözəl aksentinə həsəd aparmağa vadar edəcəyini” deyib.

ABŞ prezidenti Kapitoliyə şəxsən getməyi planlaşdırmadığını, lakin kralın çıxışını məsafədən izləyəcəyini qeyd edib.

Daha sonra ABŞ və Böyük Britaniya arasındakı tarixi əlaqələrdən danışan Tramp Britaniyanı “kiçik” krallıq adlandırıb. O, həmçinin anasını xatırladaraq bildirib ki, anası gələcək kral hələ şahzadə Çarlz olduğu dövrdə ona heyran idi.

“Anam deyirdi ki, bax, gənc Çarlz necə sevimlidir. Anam Çarlza vurulmuşdu, buna inana bilirsiniz?”, deyə Tramp bildirib.

Məlumata görə, mərasimdə iştirak edənlər ABŞ prezidentinin bu sözlərini gülüşlə qarşılayıblar.

Poliqon.info

Seçilən
72
18
poliqon.info

10Mənbələr