AZ

Prezident bu sazişi təsdiqlədi

Prezident bu sazişi təsdiqlədi

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi” təsdiq edilib.

AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Saziş 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanıb. Sənəd rəqəmsal innovasiyaların dəstəklənməsi və regionda texnoloji ekosistemin inkişafı məqsədilə BTİ Regional Akselerasiya Mərkəzinin yaradılmasını nəzərdə tutur.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Telekommunikasiya İttifaqına müvafiq bildiriş göndərəcək.

Qeyd edək ki, bu mərkəzin Bakıda fəaliyyətə başlaması Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi strategiyası çərçivəsində mühüm addım hesab olunur.

Seçilən
50
15
afn.az

10Mənbələr