AZ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Əməkdaşlıq Sazişi təsdiqlənib

BAKI,TurkicWorld

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi təsdiq edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanda bildirilir ki, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Telekommunikasiya İttifaqına bildiriş göndərməlidir.

Seçilən
39
15
turkic.world

10Mənbələr