“Real”ın sabiq futbolçusu Toni Kroos klubun yeni baş məşqçi seçimində rol oynaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, o, Yurgen Kloppu Madrid təmsilçisinə gətirmək üçün çalışır. Hazırda “Red Bull” sistemində işləyən Klopp məşqçiliyə qayıtmağa isti baxmasa da, “Real” onu əsas namizəd kimi görür.
Kroosun şəxsi təması nəticə versə, klub rəsmi danışıqlara başlayacaq. Alman mütəxəssis yalnız “Real” üçün geri dönə bilər.