AZ

Bu avtomobillər İçərişəhərə buraxılmayacaq – SABAHDAN

Sabahdan etibarən qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Məhdudiyyət mayın 3-ə qədər davam edəcək.

Seçilən
8
20
nocomment.az

10Mənbələr