Sabahdan etibarən qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.
Banker.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Məhdudiyyət mayın 3-ə qədər davam edəcək.
MənbəQafqazinfo