AZ

Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirildi

Aprelin 30-da Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın qədim və müasir yaşayış məntəqələrinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadi səmərəliliyi və elmi-texniki əsasları” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Publika.az xəbər verir ki, Konfrans “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq bu sahədə mövcud elmi yanaşmaların müzakirəsi, tarixi irsin araşdırılması və müasir inkişaf tendensiyalarının təhlilinə həsr edilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru vi.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ölkədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının dövlət səviyyəsində bu sahəyə verilən yüksək əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb. O bildirib ki, bu istiqamətdə dövlət orqanları və ali təhsil müəssisələri tərəfindən müvafiq fəaliyyət planları hazırlanaraq icrasına başlanılıb və keçirilən konfrans da həmin tədbirlər planının mühüm tərkib hissəsidir.

Əminağa Sadıqov qeyd edib ki, konfransa 24 elm və ali təhsil müəssisəsindən 156 məruzə təqdim olunmuş, onlardan 120-si elmi komitə tərəfindən müsbət qiymətləndirilərək proqrama daxil edilib. Bu isə mövzuya olan yüksək marağın və elmi potensialın göstəricisidir.

Çıxışında Azərbaycanın şəhərsalma və memarlıq sahəsində zəngin tarixi ənənələrə malik olduğunu bildirən Əminağa Sadıqov vurğulayıb ki, müasir dövrdə bu ənənələr innovativ yanaşmalarla birləşdirilərək davam etdirilir. O, ölkəmizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq edildiyini, bina informasiya modelləşdirilməsi (BIM), 3D layihələndirmə və süni intellekt əsaslı texnologiyaların şəhərsalma sahəsində geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Seçilən
32
50
publika.az

10Mənbələr