AZ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti dəfə taxıl və gübrə göndərildi

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar Bakıdan yola salınıb.

 

Senzor.az bildirir ki, ümumi çəkisi 279 ton olan 4 ədəd taxıl, çəkisi 203 ton olan 3 ədəd vaqondan ibarət gübrə yüklü qatar Ermənistan Respublikasına göndərilib.

 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

 

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Seçilən
2
43
senzor.az

10Mənbələr