Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində baş verən yanğın nəticəsində altı nəfər ölüb.
Bakıvaxtı.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə mayın 2-də səhər saatlarında Linbao şəhərində yerləşən ayaq masajı salonunda baş verib.
Məlumata görə, alov sürətlə yayılaraq güclü tüstülənməyə səbəb olub, nəticədə altı nəfər məkanın içərisində qalıb.
Yanğınsöndürənlər zərərçəkənləri operativ şəkildə təxliyə edərək tibb müəssisəsinə çatdırıblar, lakin onları xilas etmək mümkün olmayıb. Salonda olan daha beş nəfər isə xilas edilib.
Yanğının səbəbləri hələ ki müəyyən edilməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.