AZ

Brixtonda baş verən atışmada dörd nəfər yaralanıb

Böyük Britaniyanın paytaxtı Londonun Brikston bölgəsində gecə saatlarında avtomobildən açılan atəş nəticəsində 4 nəfər yaralanıb.

Metropoliten Polisinin məlumatına görə, 25 yaşlı bir kişinin vəziyyəti ağırdır və həyati təhlükəsi davam edir. Digər yaralılar – 21, 47 və 70 yaşlı şəxslərin vəziyyəti isə stabil qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları yerli vaxtla saat 01:15 radələrində, Coldharbour Leyn küçəsində atəş səsləri barədə məlumat daxil olduqdan dərhal sonra gəlib.

London Təcili Tibbi Yardım Xidməti bildirib ki, yaralılardan ikisi ağır travma mərkəzinə, digər ikisi isə yerli xəstəxanaya çatdırılıb.

Hadisə baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb, yaxınlıqdakı Southwyk House yaşayış kompleksi ətrafında axtarışlar aparılıb.

Şahidlərin sözlərinə görə, hadisə baş verən vaxt ərazidə izdihamlı bir tədbir – barbekü və ya məclis təşkil olunmuşdu. Atəş səslərindən sonra insanlar təşviş içində qaçmağa başlayıb.

İstintaqa rəhbərlik edən detektiv inspektor Allam Bangu bu hadisəni “seçimsiz və nəzarətsiz zorakılıq aktı” adlandırıb.

Hazırda hadisə ilə bağlı heç kim saxlanılmayıb, polis araşdırmaları davam etdirir və ərazi sakinlərini məlumatı olan şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.

Seçilən
102
50
aznews.az

10Mənbələr