Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə "Dinamo Drezden"in qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
2 may
"Dinamo Drezden" - "Kayzerslautern" - 1:0
Qol: V.Vermey, 68
Qeyd edək ki, Mahir Emreli bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.