Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə "Dinamo Drezden"in qonağı olub.


Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.


Qeyd edək ki, Mahir Emreli bu matçın iştirak ərizəsinə daxil edilməyib. 


Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.