AZ

Amerikalı üzgüçü dünya rekordunu yenilədi

Amerikalı üzgüçü Qrethen Uolş batterflay üsulu ilə 100 metr məsafəyə üzmədə dünya rekordunu yeniləyib.

Hakimiyyet.az xəbər verir ki, Fort-Loderdeyldə (ABŞ-nin Florida ştatı) keçirilən yarışlarda Uolş final üzüşündə 54,33 saniyə nəticə göstərib.

Əvvəlki rekordu o, 2025-ci ilin mayında müəyyənləşdirib (54,60 saniyə).

Qeyd edək ki, Qrethen Uolşun 23 yaşı var, 2024-cü il Olimpiya Oyunlarında o, iki qızıl və iki gümüş medal qazanıb. Onun hesabında dünya çempionatlarında dörd qızıl, bir gümüş və bir bürünc medal var. 2024-cü ildə amerikalı qısa məsafədə dünya çempionatının yekunlarına görə yeddi qızıl mükafat qazanıb, həmin turnirdə o, doqquz dünya rekordu müəyyənləşdirib.

Seçilən
13
50
hakimiyyet.az

10Mənbələr