AZ

Möhsün Rəzai ABŞ ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Keşikçilər Şurasının katibi və SEPAH-ın sabiq komandanı Möhsün Rəzai ABŞ-a sərt xəbərdarlıq edib. Bizim.Media xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.Rəzai ABŞ-ı “dünyada aviadaşıyıcıları olan yeganə pirat” adlandırıb.

 

“Piratlara qarşı dayanmaq qabiliyyətimiz hərbi gəmiləri batırmaq qabiliyyətimizdən az deyil. Aviadaşıyıcılarınızın və silahlı qüvvələrinizin qəbiristanlığa çevrilməsinə hazır olun”, - deyə o qeyd edib.

İranlı siyasətçi həmçinin İsfahanda ABŞ təyyarəsinin qalıqlarının qaldığını xatırladaraq Vaşinqtona xəbərdarlıq edib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
36
bizim.media

10Mənbələr