İsrail Hərbi Hava Qüvvələri ABŞ istehsalı olan "F-35" və "F-15IA" qırıcı təyyarələrindən ibarət iki yeni eskadrilya alacaq. Təyyarələrin bu iki böyük partiyasının alınması silahların satınalması üzrə nazirlər komissiyası tərəfindən təsdiq edilib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada alınması təsdiqlənən təyyarələrin dəqiq sayı və müqavilənin məbləği göstərilməyib. Yalnız "on milyardlarla şekel"dən bəhs edildiyi qeyd olunub.