AZ

Mərakeşdə hərbi təlimlərdən sonra ABŞ hərbçiləri itkin düşüb

Ajans.az xəbər verir ki, The Guardian-nın yaydığı məlumata görə, ABŞ, Mərakeş və “African Lion” təlimində iştirak edən digər ölkələr birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. Açıqlamada deyilir: “Hadisə ilə bağlı araşdırma davam edir və axtarışlar hələ də aparılır.” Hadisə təlim zonasında baş verib. Apreldə başlayan hərbi təlimlər Tunis, Qana və Seneqal da daxil olmaqla dörd ölkədə keçirilir və mayın əvvəlində başa çatması planlaşdırılır.

2004-cü ildən keçirilən “African Lion” ABŞ-ın Afrikada ən böyük illik birgə hərbi təlimidir və adətən ABŞ və onun Afrika üzrə əsas tərəfdaşlarından yüksək rütbəli hərbi nümayəndələrin iştirakını əhatə edir.

Seçilən
19
50
Ajans.az

10Mənbələr