AZ

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

ABŞ ordusunun iki hərbçisi Mərakeşdə keçirilən beynəlxalq “African Lion 2026” hərbi təlimləri zamanı itkin düşüb.Bu barədə ABŞ Afrika Komandanlığı (AFRICOM) bildirib.

Hadisə mayın 2-də ölkənin cənub-qərbində, Tan-Tan şəhəri yaxınlığındakı Cap Draa təlim zonasının ətrafında baş verib.

AFRICOM-un məlumatına görə, ABŞ, Mərakeş və digər tərəfdaş ölkələrin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparılır.

Qurum bildirib ki, hadisənin səbəbləri araşdırılır və hərbçilərin taleyi ilə bağlı əlavə məlumat verilməyib.

“African Lion” ABŞ-ın Afrikada keçirdiyi ən böyük illik çoxtərəfli hərbi təlim hesab olunur və tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. 

Seçilən
20
50
anews.az

10Mənbələr