AZ

Əraqçi: ABŞ İranın təklifinə cavabı Pakistan vasitəsilə göndərib

BAKI, 3 may. TELEQRAF

İran ABŞ-nin münaqişənin nizamlanması ilə bağlı cavabını Pakistan vasitəsilə alıb və hazırda bu sənədi araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.

Onun sözlərinə görə, ABŞ tərəfi İranın təqdim etdiyi 14 maddəlik planla bağlı cavabını Pakistan vasitəsilə çatdırıb.

“Amerikalılar İranın 14 maddəlik planına cavabı Pakistan tərəfinə ötürüblər və biz hazırda onu öyrənirik”, – deyə nazir bildirib.

Qeyd edək ki, Tehran daha əvvəl Vaşinqtona münaqişənin həlli üçün geniş sülh planı təqdim etmişdi.

Seçilən
1
20
teleqraf.com

10Mənbələr