ABŞ İranın münaqişənin həlli təklifinə Pakistan vasitəsilə cavab göndərib və Tehran hazırda onu öyrənir.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Amerikalılar İranın 14 maddəlik planına cavabı Pakistan tərəfinə göndəriblər və biz hazırda onu öyrənirik", - deyə İranın dövlət televiziyası onun sözlərini sitat gətirib.