AZ

Media komandası beynəlxal minifutbol turnirinin qalibi oldu

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Dünən “Sport&Tourism Events Managament”, Rusiya Futbol üzrə Həvəskarlar Liqasının Beynəlxalq Departamenti və “Sportmedia” İdman Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Bahar Kuboku 2026"a yekun vurulub.

525.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Media" komandası həlledici oyunda “Dəstə Ordubad”ı 5:3 məğlub edərək turnirin qalibi adını qazanıb. 

3 gün davam edən turnirdə “Dəstə Ordubad” ikinci, Belarusiyanı təmsil edən yığma komanda isə üçüncü yerə layiq görülüb. 

Təltifetmə mərasimində çıxış edən Rusiyanın futbol üzrə Həvəskarlar Liqasının Beynəlxalq Departamentinin rəhbəri Anatoli Nikitoviç təşkilatçılıqdan razı qaldığını bildirib və bu tip görüşlərin xalqlarımız arasında olan dostluğun daha da möhkəmlənməsinə tohfə verdiyini bildirib.

A.Nikitoviç qalibləri təbrik etməklə yanaşı, yüksək marağa səbəb olmuş beynəlxalq turnirin ənənəvi xarakter almasını arzu edib. 

Yeri gəlmişkən, turnirin bağlanış mərasimində turnirin “Ən yaxşı qapıçı”, “Ən yaxşı oyunçu” və “Ən yaxşı məşqçisi” nominasiyaları üzrə də qaliblərlə yanaşı, hər komandanın ən yaxşı üzvləri də mükafatlandırılıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
525.az

10Mənbələr