AZ

ASTF rəsmiləri Londonda beynəlxalq tədbirə qatılıblar

Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının yubiley sammiti keçirilib.“İki sahil” xəbər verir ki, Londonda təşkil olunan tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslamla baş katibi Könül Mikayılova da iştirak edib. Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib. Həmçinin, BSTF-nin yeni konstitusiyası qəbul olunub. Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, sözügedən idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

Seçilən
1
8
ikisahil.az

10Mənbələr