AZ

Azərbaycan Stolüstü Tennis Federasiyası Londonda keçirilən yubiley sammitində təmsil olunub

Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) yubiley sammiti keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) 90deqiqe.Az-a bildirilib ki, Londonda təşkil olunan tədbirdə ASTF-nin vitse-prezidenti Elmar İslamla baş katib Könül Mikayılova da iştirak ediblər.

Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib. Həmçinin BSTF-nin yeni konstitusiyası qəbul olunub. Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, bu idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

Seçilən
0
2
90deqiqe.az

10Mənbələr