“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr azarkeşlər arasında populyarlığından istifadə edərək imic hüquqları hesabına təxminən 8 milyon funt sterlinq qazanıb.
Publika.az xəbər verir ki, 33 yaşlı futbolçu tənqid və istehzalardan əsas heyətin sabit üzvünə qədər yüksələrək şəxsi brendini uğurla monetizasiya edir. O, bunu “HM 5 Ltd” adlı şirkət vasitəsilə həyata keçirir və həmin şirkətin hesablarında 8,7 milyon funt sterlinq vəsait mövcuddur. Son bir ildə şirkət 4 milyon funtdan çox xalis mənfəət əldə edib.
Dünyanın ən bahalı mərkəz müdafiəçisi kimi tanınan Maquayr klubda həftəlik təxminən 190 min funt maaş da alır.