ABŞ qüvvələri Omandan İrana mal daşıyan iki mülki qayığa atəş açıb, nəticədə beş nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran hərbi mənbəyinə istinadən bildirib.
“Amerika silahlı qüvvələrinin Oman sahillərindəki Əl-Xəsabdan İrana doğru hərəkət edən mülki yük daşıyan iki kiçik gəmiyə hücum etdiyi müəyyən edilib", - məlumatda deyilir.
Agentlik mənbəyə istinadən qeyd edir ki, ABŞ-ın hücumu nəticəsində beş mülki şəxs həlak olub.