ABŞ-də Ağ Ev yaxınlığında atışma səslərinin eşidildiyi bildirilir. Ajans.az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə Prezident Donald Trampın çıxışı zamanı baş verib. Ərazi polis tərəfindən mühasirəyə alınıb. ABŞ Məxfi Xidmətinin məlumatına görə, hücum edən şəxs zərərsizləşdirilib.
Qeyd olunur ki, bu, son bir ayda ikinci belə hadisədir. Aprelin sonunda "Washington Hilton" otelində də Trampın iştirak etdiyi tədbir zamanı atışma səsləri eşidilmişdi.